Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Apr 21, 2021 15:15 Asia/Baku
ABŞ səfirliyinin 10 əməkdaşı Rusiya Xarici İşlər Nazirliyi (XİN) tərəfindən “persona non qrata” elan olunub.
SəhərAzəri: APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı nota ABŞ-ın Rusiyadakı səfirinin müavininə təqdim olunub.
Bildirilib ki, "persona non qrata" elan olunan şəxslər mayın 21-i günün sonunadək Rusiya ərazisini tərk etməlidirlər.
Teqlər