Rusiya PUA ilə bağlı bir daha Türkiyəyə xəbərdarlıq etdi
Rusiya baş nazirinin müavini dünən (21 aprel) prezidentin federal parlamentə müraciətindən sonra, Türkiyə istehsalı olan PUA-ların Ukraynaya göndəriləcəyi təqdirdə, Türkiyə ilə hərbi və texniki əməkdaşlığın nəzərdən keçiriləcəyini açıqlayıb.
SəhərAzərinin TASS xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya baş nazirinin müavini Yuri Borisov jurnalistlərə açıqlamasında belə danışıb: “Ankara Ukraynaya PUA çatdırsa, Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığı dayandıracaq. Hər bir işi konkret olaraq araşdıracağıq”.
Məlumata görə, Türkiyə mətbuatı bu yaxınlarda Ankaranın silahlarını və pilotsuz aparatlarını Ukrayna da daxil olmaqla bütün ölkələrə satmağa hazır olduğunu iddia edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 12-si Ankaraya Türkiyə istehsalı olan PUA-ların Kiyevə satılması barədə xəbərdarlıq etmişdi.