Apr 22, 2021 17:22 Asia/Baku
  • Moskvanın Aİ ilə əlaqələri daha da ağırlaşa bilər

Bir rus rəsmi Moskvanın Avropa İttifaqı ilə münasibətlərinin daha da ağırlaşması ehtimalından xəbər verib.

SəhərAzəri xəbər verir ki, Rusiya dövlət dumasının elm və təhsil komitəsinin sədri Vyaçeslav Nikonov proqnoz edib ki, əgər Ukrayna Donbas bölgəsinə hücum edər və Moskva Ukraynanın bu hərəkətinə cavab verərsə, o zaman Rusiya ilə Avropa İttifaqı arasındakı əlaqələr indikindən də ağır olacaqdır.

Rusiya ilə Avropa İttifaqı arasındakı çəkişmələr son zamanlar iki tərəfin diplomatlarının qovulmaları ilə artıbdır.

Nikonov sonra deyib: Ukrayna siyasəti əsla mövcud deyil və onu amerikan siyasət adlandırmaq lazımdır, zira Ukrayna prezidentinin ətrafı və Ukraynanın təhlükəsizlik təşkilatı amerikalı müşavirlərlə doludur.

Bu rus rəsmi daha sonra deyib: NATO Amerikanın başçılığı altında Rusiyanı yatırtmaq üçün Ukrayna və digər ölkələrlə, gücləndirilmiş hərbi bir əməkdaşlıq təşkil edib. 2014-cü ildən bəri Donbasda Rusiyanın himayə etdiyi qiymaçılarla Ukraynanın hökumət qüvvələri arasındakı münaqişə davam edib və bu məsələ Ukrayna ilə Rusiya arasında gərginliklə nəticələnibdir.

Kiyevin verdiyi məlumatlara görə, cari ilin başlanmasından bəri Ukraynanın şərq bölgələri olan Donetsk və Luqanskda, eləcə də Donbas bölgəsindəki qarşıdurmaların yeni dövrü baş veribdir ki, nəticədə 20 ukraynalı əsgər ölüb, 57 nəfər də yaralanıbdır.

Teqlər