Moskvada Putin və Lukaşenko arasında 4 saata yaxın görüş keçirilib
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında Moskvada təxminən 4 saat davam edən danışıqlar başa çatıb.
SəhərAzəri xəbər verir ki, bunu açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, dövlət başçıları iqtisadi sahədə ikitərəfli əməkdaşlığı müzakirə ediblər:
“Əsasən sənaye kooperativi, enerji və tibb sahəsindəki əməkdaşlıq, habelə yüksək texnoloji sahələrdə qarşılıqlı əlaqə müzakirə edilib. Bundan əlavə, son dövrdə hökumət səviyyəsində ixtisaslaşmış sahələr vasitəsilə görülən işlər yekunlaşdırılıb”.
Peskov əlavə edib ki, tərəflər arasında bir sıra həssas məsələlər də müzakirə edilib.
Belarus lideri, öz növbəsində, Moskva və Minskin 26-27 inteqrasiya kartı barədə razılığa gəldiyini, iki və ya üç iqtisadi xarakterli çox ciddi proqramın qaldığını bildirib.