Apr 23, 2021 16:05 Asia/Baku
  • 40-dan artıq təşkilat Baydendən İrana qarşı sanksiyaların ləğvini istədi

40-dan artıq insan haqları təşkilatı Cozef Bayden hökumətini İranın koronavirus epidemiyası ilə mübarizəsini çətinləşdirən sanksiyaları ləğv etməyə dəvət edib.

SəhərAzəri xəbər verir ki, ABŞ hökuməti artıq İran iqtisadiyyatının müxtəlif sahələrinə qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyaların çoxu Donald Trampın prezidentliyi dövründə İrana maksimum təzyiq siyasəti çərçivəsində tətbiq edilib.

Dini, insan hüquqları və sülh təşkilatlarının təşəbbüsü ilə yazılan məktubda, Baydendən koronavirusun yayılması fonunda İrana humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün verdiyi vədləri yerinə yetirməsi istənilib.

Amerika Dostları Xidmət Komitəsi, CodePink, MoveOn, MPower Change, Win Without War, Milli İran Amerika Şurası (NIAC) və Sülh üçün Veteranlar məktubu imzalayan bəzi təşkilatlardır.

Məktubda deyilir: “İranda Kovid xəstəliyinin nisbəti xəstəliyin başlanğıcından bəri tarixin ən yüksək səviyyəsindədir. Peyvənddə hər hansı gecikmə birbaşa sadə insanların həyatı üçün böyük risk deməkdir”.

Fevral ayında Cozef Bayden birtərəfli və çoxtərəfli sanksiyaların ölkələrin KOVİD-19 virusuna qarşı mübarizəsinə təsirlərinin araşdırılmasına çağıran əmr vermişdi.

Teqlər