İngiltərədə etirazları yatırmağa dair qanun layihəsinə qarşı aksiyalar davam edir
İngiltərə xalqından minlərlə nəfər bir daha aksiyaları dağıtmaq üçün polisin səlahiyyətlərini artıran qanun layihəsinə qarşı etiraz olaraq, bir neçə şəhərdə toplaşaraq, bu layihənin ləğv edilməsinə çağırıblar.سگ
SəhərAzəri xəbər verir ki, İngiltərə hökumətinin etirazları yatırmaq üçün polis səlahiyyətlərini artıran qanun layihəsinə qarşı etirazlar bu ölkənin müxtəlif şəhərlərində xüsusilə də Bristolda bir ay əvvəldən başlayıb və onlarla nəfərin həbs edilməsinə baxmayaraq, hələ də davam edir.
Etirazçılar qanun layihəsinin təssdiq edilməsinin xalqın azadlıqlarını, hətta dinc nümayişləri belə boğmaq üçün hökumətin əlini daha da açdığını və nümayişlərdə iştiraka görə, 10 ilə qədər həbs cəzası nəzərdə tutduğunu deyirlər.
M.Q: Bu məsələ, hamımızı müxtəlif cəhətlərdən incidir və vətəndaş azadlıqlarını məhv edən bir məsələdir.
Hökumət qanun layihəsinə etiraz edənlər, nümayişdə iştirak etmək üçün 10 il həbs cəzası nəzərdə tutan qanunun, hansı ki, ölkədə cinsi zorakılığın cəzasından iki qat daha çoxdur, qəddar və qeyri-insani bir qanun olduğunu və insanları dinc nümayiş hüququndan məhrum edə biləcəyini deyirlər və onun ləğv edilməsini tələb edirlər.
İngiltərə hökumətinin qanun layihəsinə qarşı bir neçə həftə əvvəldən formalaşan hərəkatda insanlar bri neçə şəhərdə küçələrə axışaraq, qanun layihəsinin ləğvinə səsləyirlər, amma hökumət onun icrasının zəruriliyini vurğulayır. Bəzi bölgələrdə də aksiyalar polisin müdaxiləsi nəticəsində zorakılığa çevrilib və indiyədək onlarla nəfər həbs ediliblər.
Etirazçılar bu qənaətdədirlər ki, hökumət koronavirus səbəbindən yaranan vəziyyətdən sui-istifadə edərək, vətəndaş azadlıqlarını, o cümlədən din nümayişlər keçirmək hüququnu məhdudlaşdırmaq niyyətindədir.