Vaşinqtonun Rusiyaya qarşı ikili siyasətləri davam edir
ABŞ-ın dövblət katibi iddia edib ki, Moskva ilə gərginliyin azalacağı təqdirdə, Vaşinqton və Moskva strateji sabitlik və "Yeni start" müqaviləsinin inkişafı kimi ortaq maraqlar üzərində işləyə bilərlər.
SəhərAzəri xəbər verir ki, Entoni Blinken "CNN" xəbər kanalına verdiyi iləmüsahibədə iddia edib ki, əgər Rusiya prezidenti Vladimir Putin gərginlik yaratmasa, ortaq və strateji maraqlar üzərində birlikdə işləyə bilərlər. Məsələn, strateji sabitlik və strateji silahların məhdudlaşdırılmasına dair "Yeni start" müqaviləsi və ya digər sahələr üzrə birlikdə işləyə bilərlər.
ABŞ və Rusiya hazırda ABŞ prezidenti Co Bayden və rusiyalı həmkarı arasında cari il yayın əvvəlində mümkün görüşünü müzakirə edirlər.
Blinkenin Moskva ilə ABŞ arasında əməkdaşlıq barədə iddiaları elə bir halda irəli sürülür ki, Vaşinqton bu yaxınlarda Rusiyanın 23 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib və 10 rus diplomatını ölkədən qovub.
Ağ Ev Rusiyaya qarşı sanksiyaların ikitərəfli gərginliyi artırmaq cəhdi olmadığını söyləsə də, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın bu cür iqtisadi hərəkətlərinin yalnız Soyuq Müharibə dövrünün gərginliklərini geri qaytaracağı ilə bağlı xəbərdarlıq edib.
Sanksiyalara cavab olaraq, Moskva səkkiz ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyub.
Rusiya ilə ABŞ arasında gərginlik, son aylarda və ABŞ prezidenti Co Baydenin mübahisəli çıxışından sonra kəskinləşibdir; Co Bayden məlum çıxışında rus həmkarı Vladimir Putini qatil adlandırıb və qeyd edib ki, Rusiyanın ABŞ seçkilərində müdaxiləsi təsdiq ediləcəyi təqdirdə, Putin bunun bədəlini ödəyəcək".