ABŞ müdafiə naziri: "Pentaqonun prioritetləri yenidən nəzərdən keçirilməlidir"
ABŞ hərbçilərinin bu ölkə prezidenti Co Baydenin göstərişi ilə Əfqanıstandan çıxarılması ilə eyni zamanda ABŞ-ın müdafiə naziri Pentaqonun prioritetləeinin yenidən nəzərdən keçirilməsi vacibliyini vurğulayıb.
SəhərAzəri xəbər verir ki, Röyters-in məlumatına görə, ABŞ-ın müdafiə naziri Lloyd Austin Pentaqonun siyasətləri haqda danışarkən, Çin və Rusiya kimi rəqiblərə işarə etmədən və ABŞ-ın Co Baydenin əmri ilə Əfqanıstandan qeyd-şərtsiz çıxması ilə eyni zamanda deyib: " Bu göstəriş ABŞ-ın ən uzun sürən müharibəsinə son qoymaq və Pentaqonun prioritetlərini yenidən nəzərdən keçirmək məqsədi daşıyır".
"ABŞ gələcəkdə mümkün qarşıdurmaya hazır olmalıdır; Hansı ki, Pentaqonu sarsıdan qədim müharibələrə elə də çox bənzəmir", - deyə ABŞ-ın müdafiə naziri əlavə edib.
Lloyd Austin, həmçinin "daha sürətli dərk etmək və anlamaq, daha sürətli qərar vermək və daha sürətli hərəkətə keçmək" üçün texnologiyanın inkişafından istifadə etməyə və daha tutarlı qlobal hərbi əməliyyatların yaxşılaşdırılmasına çağırıb.
ABŞ-ın müdafiə naziri bu ölkənin Sakit Okeanda və Havay adalarında yerləşən mərkəzi komandanlığına baxış keçirərkən, deyib: "Növbəti böyük müharibədə bizim döyüş metodumuz əvvəlki müharibələrdən tam fərqli olacaq".
Deyilənlərə görə, Co Bayden sentyabrın 11-dək bütün ABŞ qüvvələrini Əfqanıstandan çıxaracağını vəd edib.
ABŞ-ın 20 ildən sonra ilk nöqtəyə qayıtdığı, həm də hücuma məruz qalmaq qorxusundan rəzilliklə Əfqanıstanı tərk etmək məcburiyyətində qaldığı nəticəsiz müharıbə. Vyetnam müharibəsindən və dünyanın digər bölgələrindəki təxribatlarından öyrənmədiyi bir dərs.