May 16, 2021 16:09 Asia/Baku
  • Torontoda Fələstin xalqına böyük dəstək aksiyası keçirilib

Kanada xalqından minlərlə nəfər məzlum Fələstin xalqına dəstək istiqamətində Toronto şəhərində aksiya keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, «Nikbət» gününə təsadüf edən və «Fələstinli gənclər hərəkəti» adlı cəmiyyət tərəfindən sosial şəbəkələrdə çağırış layihəsi ilə həyata keçirilən bu toplantıda bir neçə min nəfər Toronto meriyası meydanına və ətraf küçələrə toplaşıb.

Fələstin bayrağını dalğalandıran, həmçinin «Allahu Əkbər!» və «Fələstinə azadlıq!» şüarları verən aksiya iştirakçıları xüsusən qəsb olunmuş ərazilərdəki son hadisələr sayəsində, Fələstin xalqı ilə öz həmrəylikləri və himayələrini göstəriblər.

Mayın on beşi, yetmiş ildən çox müddət öncə yüz minlərlə ərəbin öz ev-eşiyindən çıxarılmasının ildönümü və nikbət günüdür.

Teqlər