BMT Təhlükəsizlik Şurasının beş qeyri-daimi üzvü seçilib
BMT Baş Assambleyasında cümə günü keçirilən səsvermədə, 2022-2023-cü illər üçün Təhlükəsizlik Şurasının beş qeyri-daimi üzvü seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, BMT Baş Assambleyasında cümə günü keçirilən səsvermədə, 2022-ci ilin əvvəlindən etibarən iki il müddətinə xidmət göstərməli olan 5 qeyri-daimi üzvün seçilməsi üçün Qana, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya və Braziliya namizədliklərini irəli sürüblər.
Səsvermədə, ümumilikdə 193 ölkədən, Qana 185 səs, Qabon 183 səs, BƏƏ 179 səs, Albaniya 175 səs və Braziliya 181 səs qazanıb.
Beləliklə Qana, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya və Braziliya 2022-ci ildən Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü olacaqlar.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi və 10 qeyri-daimi üzvü var. Qeyri-daimi üzv ölkələr iki il müddətinə Baş Assambleyada seçilir, belə ki, hər il 5 ölkə əvəzlənir.
Rusiya, Çin, Fransa, İngiltərə və Amerika BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və veto hüququna malikdirlər. Bu Şuranın əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaqdır ki, bəzi üzvlərin birtərəfliliyi nəticəsində öz əsas missiyasından uzaqlaşıb və bir çox hallarda səmərəsiz olub.