Amerikada etirazçılara qarşı cəzalar gücləndirilir
Amerikanın Ayova ştatının qubernatoru bu ölkənin bəzi ştatlarında bir qanunun qəbul edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,həmin qanuna əsasən, etirazçılara qarşı sərt cəzalar tətbiq olunacaq.
Kim Rinvolds bildirib ki, ştat konqresi etirazçıların cəzalarının şiddətlənməsilə bağlı layihəni qanuna çevirib. Bu qanuna əsasən, etirazlar zamanı toqquşan Amerika polisinə qanuni dəstək artacaq.
Ayova ştatının qubernatoru həmçinin vurğulayıb ki, çaxnaşma törədəcək kəslər barədə ölkədəki ən yüksək cəza qanunları tətbiq ediləcək. Bu amerikalı rəsmi, polis məmurlarının təhlükəsizliyi və ümumi asayişin qorunmasını mühüm prioritetlərdən adlandırıb.
Amerika vətəndaşları arasında aparılmış ən yeni rəy sorğusu göstərir ki, onların əksər hissəsi «Qaraların canı mühümdür!» hərəkatını himayə edir və bu qənaətdədir ki, bu ölkənin məhkəmə aparatında rəngli dərililərə yer yoxdur.
Hər il onlarla amerikalı bu ölkə polisinin zorakılıqlarının qurbanı olur. Yeni qanunun qəbul olunması ilə söz azadlığı iddiasında olan bir ölkə daxili etirazçılara divan tutulması istiqamətində daha bir addım atacaq.