İyun 20, 2021 19:48 Asia/Baku
  • Putin Rusiyada ümumi vaksinasiyanın sürətləndirilməsini vurğulayıb

Rusiya prezidenti bu ölkədə koronavirusla mübarizə məqsədilə ümumi vaksinasiyanın sürətləndirilməsi vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Vladimir Putin müalicə və tibb peşəsi üzrə milli gün münasibətilə Rusiya müalicə və tibb mərkəzlərinin işçilərinə müraciətdə bu ölkədə ümumi vaksinasiyanın sürətləndirilməsi və koronavirusla təsirli mübarizə məqsədilə mövcud olan bütün müalicə imkanlarından istifadə vacibliyini vurğulayıb.

Rusiyada, xüsusən Moskvada korona xəstələrinin sayının artması bir daha bu məsələyə böhran miqyası verərək, Rusiya rəsmilərinin nigarançılığını doğurub.

Son günlər Rusiyada koronaya yoluxan şəxslərin gündəlik sayı bir daha on dörd min nəfəri ötüb keçibdir ki, bu da son aylarda ən yüksək rəqəm sayılır.

İndiyədək Rusiyada təxminən 27 milyon nəfər vaksinasiya olunub.

Rusiya rəsmiləri 146 milyon nəfər əhalisi olan bu ölkənin vətəndaşlarından yetmiş milyon nəfəri payızadək peyvəndləməyə çalışırlar.

Teqlər