İyun 25, 2021 12:05 Asia/Baku
  • Quterreş:

BMT-nin baş katibi Amerika dövlətini İran İslam Respublikasına qarşı sanksiyaların ləğvinə çağırdı.

SəhərAzəri-nin məlumatına əsasən, Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə dair 11-ci hesabatında ABŞ-ın nüvə sazişinə qayıtmasını müvafiq addım adlandırıb və Vaşinqtonu İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Cənab Quterreş Təhlükəsizlik Şurasının 30 iyun iclası ərəfəsində yayımladığı bir hesabatda belə deyib: "Bu əlamətdar sazişlə bağlı 2021-ci ilin aprelindən bəri Birgə Komissiya ilə baş verən son diplomatik əlaqələr məni ruhlandırır. Çünki bu, İran və ABŞ-ın 2231 sayılı qətnamənin tam və effektiv tətbiqinə qayıtması üçün bir fürsət yaradır. ABŞ-ı bu planda nəzərdə tutulan sanksiyaları ləğv etməyə və İran İslam Respublikası ilə neft ticarəti və nüvə razılaşması çərçivəsində nüvə silahlarının yayılmaması layihələri ilə əlaqədar azad olmaların uzadılmasına çağırıram". 

Teqlər