İyun 30, 2021 14:17 Asia/Baku
  • Quterreş
    Quterreş

BMT-nin baş katibi ABŞ hökumətini, İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları nüvə anlaşmasına uyğun olaraq, ləğv etməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən,  Antonio Quterreş BMT Təhlükəsizlik Şurasına verdiyi hesabatda, həmçinin İran İslam Respublikası ilə neft ticarəti və nüvə silahlarının yayılmaması layihələri ilə əlaqədar azad olmaların uzadılmasına çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Calina Porter çərşənbə axşamı keçirdiyi mətbuat konfransında, Vaşinqtonun, İran və ABŞ-ın hər ikisinin nüvə anlaşmasına qayıtmasına sadiq olduğunu söyləyib.

Porter, nüvə anlaşmasının canlandırılması üçün keçirilən Vyana danışıqlarının gedişatı ilə bağlı deyib: "ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali Vyana danışıqlarının altıncı turundan sonra hazırda məsləhətləşmələr üçün Vaşinqtondadır və danışıqların yeddinci raund barədə heç bir açıqlama və bəyanatımız olmayıb".

Bu yaxınlarda ABŞ dövlət katibi və Fransanın xarici işlər naziri Parisdə keçirilən birgə mətbuat konfransında, İranın nüvə anlaşması ilə əlaqədar tələbkarcasına bir mövqe sərgiləyiblər və Tehranın nüvə anlaşmasına qayıtmaq qərarını gözlədiklərini iddia ediblər.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ və Fransa xarici işlər nazirlərinin açıqlamalarını rədd edərək, deyib: "İran İslam Respublikası heç vaxt nüvə anlaşmasını tərk etməyib ki, indi ona qayıtsın, nüvə razılaşması ilə bağlı qərarı ABŞ verməlidir və qanunsuz sanksiyaları ləğv edib, öz qəti öhdəliklərini yerinə yetirməklə bu anlaşmasına qayıtmalıdır".

Teqlər