Forbes: "İran dünyanın 14-cü ən zəngin ölkəsidir"
Forbes jurnalının yazdığına görə, İranda 250 mindən çox zəngin insan yaşayır.
Forbes jurnalı bir hesabatda bildirib ki, ABŞ sanksiyalarının sərtləşməsinə və koronavirusun geniş yayılmasına baxmayaraq, keçən il varlı İranlıların sayı əvvəlki ilə nisbətən 21 faizdən çox artıb. Halbu ki, dünyada bu göstərici ortalama Altı tam onda üç faiz artıbdır. Bu insanların sərvəti cari ildə dollar ifadəsində 24,3 faiz artıbdır.
Bəzi insanların sərvət artımının əsas səbəblərindən biri, 2020-ci ildə Tehran Fond Birjası indeksinin misli görünməmiş 625 faiz artması idi. İran hökuməti birjanın inkişafını qətiyyətlə dəstəkləyir və Milli Sərvət Fondu ehtiyatlarının bir faizni bu bazara inyeksiya edib.
Hazırda İranda təxminən 250 min milyonçu var. Bu milyonçulardan bir hissəsi, dünyanın digər yerində olduğu kimi, sərvətlərini rəqəmsal valyutalardan qazanıblar. Jurnalın məlumatına görə, İran hökuməti rəqəmsal valyutaların mayninqi üçün imkanlar yaradıb ki, bu da bir çoxları üçün xeyli gəlir gətirib.