Dünya dəyişibdir
ABŞ dünya üzərindəki hökmranlığını qorumaq istəyir
«Amerika bilir ki, dünya dəyişib, lakin hələ də dünya üzərindəki hökmranlığını qoruyub saxlamaq istəyir və hətta bu ölkənin müttəfiqləri də amerikalıların bu rəftarından razı deyillər».
SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri Vladmir Putin iyunun 29-da bir qrup Rusiya vətəndaşı ilə sorğu-sual iclasında deyib.
Moskva-Vaşinqton münasibətlərinin adiləşməsinə ümid edən Rusiya prezidenti vurğulayıb ki, iki ölkə əlaqələri Amerikanın/ Rusiyanın həmin ölkənin seçkilərinə müdaxiləsi, kiber hücumları və rusların ABŞ-ın maraqlarına qarşı digər düşmənçilik hərəkətləri barədəki ittihamları ilə son onillikdə gərginləşibdir. Kreml isə bu ittihamları daima rədd edibdir.
İki ölkə prezidentləri son Cenevrə iclasını kiber təhlükəsizliyi və silahlara nəzarət barədə daha artıq danışıqların keçirilməsi üzrə razılaşma ilə başa vurdu və bunu müsbət bir addım kimi qiymətləndirdilər.
İki prezident həmçinin öz səfirlərinin qarşı tərəfin paytaxtına geri qaytarılması barədə razılığa gəlibdir.
Belə bir halda, Moskva-Vaşinqton əlaqələri ötən bir neçə il ərzində Rusiyanın Amerika seçkilərinə müdaxiləsi iddiası, Aleksey Navalnı işi, Vaşinqtonun birtərəfli sanksiyaları, Ukrayna və Krım böhranları üstündə gərginləşibdir.