Zaxarova: Onlar bu bölgəni döyüş səhnəsinə çevirmək fikrindədirlər
Rusiya Qərbin Qara dənizdəki hərəkətlərini tənqid edib
-
Zaxarova
Rusiya xarici işlər nazirliyinin sözçüsü ABŞ-ın və Qərb ölkələrinin Qara dənizdəki təhrikedici hərəkətlərini tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova bir mətbuat konfransında deyib ki, onlar bu bölgəni döyüş səhnəsinə çevirmək fikrindədirlər və Amerika Qara dənizin səbatsızlaşması istiqamətində bu qrupa rəhbərlik edir.
Zaxarova sonra Niderland gəmisinin Qara dəniz sularındakı son hərəkətinə işarə ilə deyib ki, «Orsten» gəmisi hadisəsi İngiltərənin «HMS Defender» krallıq gəmisindən sonra baş verib; buna görə, Niderland, NATO və İngiltərə arasındakı ahəngdarlığı danmaq, mümkünsüzdür.
Rusiya milli müdafiə nazirliyi də dünən bildiribdir ki, Rusiya ordusunun dəniz qüvvələrinin Qara dənizdəki hərbi təlimləri NATO-nun bu dənizdəki təlimləri ilə bir zamanda keçirilib.
Qara dəniz Rusiya və Qərbin əsas qarşıdurma meydanıdır.