İyul 05, 2021 13:21 Asia/Baku
  • Kreml:

Rusiya prezidentinin sözçüsü deyib: "Britaniya esminesinin Rusiyanın ərazi sularına təcavüzü kimi provokasiyalar sərt və qətiyyətli cavaba layiqdir".

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov bu insidentin əvvəlcədən planlaşdırılmış təxribat olduğunu bəyan edərək, deyib: "Rusiya prezidenti Vladimir Putinin reaksiyası göstərdi ki, onun təkrarlanması Moskvanın cavabı ilə qarşılaşacaq".

O, sözlərinin davamında deyib: "Aydındır ki, bizim cavabımız sərt olacaq, amma mən düşünürəm ki, bu əməliyyatı Vaşinqton və London planlaşdırıblar".

Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da deyib ki, Britaniya esminesinin bu hərəkətinin ABŞ-ın razılığı ilə həyata keçirildiyindən əmindir".

Qeyd edək ki, ötən çərşənbə günü Qara dənizdə Rusiya sərhədlərini pozan Britaniyanın esminesi, Rusiyanın hərbi gəmisi və qırıcı təyyarəsinin xəbərdarlıq atəşı ilə üzləşib. 

Teqlər