İyul 09, 2021 18:59 Asia/Baku
  • Quterreş fələsinlilərin mənzillərinin dağıdılmasına «stop!» dedi

BMT baş katibi sionist rejimdən fələsinlilərin mənzillərini dağıtmaq siyasətini dayandırmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Antonio Quterreşin sözçüsü Stefan Ducarrik bir bəyanatda vurğulayıb ki, baş katib İordan çayının qərb sahilindəki Əğvar bölgəsində yerləşən «Həmsə Əlbəqiə» kəndində fələstinlilərin mülklərinin dağıdılması siyasətindən son dərəcə nigarançılıq edib və bu addımı beynəlxalq qanunlara zidd adlandırıb.

Qəsbkar rejimin hərbçiləri iki gün bundan qabaq yeddinci dəfə olaraq, «Həmsə Əlbəqiə» kəndində fələstinlilərin evlərini dağıdıblar ki, onları bu bölgəni tərk etməyə məcbur etmiş və sonra sionist qəsəbə salmaq məqsədilə onların evlərini müsadirə etmiş olsunlar.

Teqlər