Şimali Amerikada kəskin istilər
Şimali Amerikada bir milyard dəniz varlığı tələf olub
Bir amerikan informasiya saytı quraqlıqla yanaşı, misli görünməmiş istiliyə görə, bir milyarda yaxın kiçik dəniz varlığının tələf olmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, son iki həftədə Şimali Amerikanı bürüyən güclü quraqlıq və misli görünməmiş istilik Seliş dənizində yüz milyonlarla istiridyənin və digər dəniz heyvanlarının ölümünə bais olub.
Okean bioloqu Kris Harlinin sözlərinə görə, bu barədə əsas nigaranedici məsələ budur ki, əgər iqlim dəyişiklikləri elə bu minvalla irəliləyər və hər min il əvəzinə, hər on ildə güclü bir istilik dalğasının şahidi olmuş olarıqsa, həmçinin dəniz varlıqları məhv olarlarsa, bölgənin dəniz ekosistemi bir çox dəyişikliklərin şahidi olmuş olacaq.
Ötən günlərdə «Britaniya Kolumbiyası» əyalətində misli görünməmiş istilik dalğası və təqribən əlli dərəcə hərarətin qeydə alınması Kanadanın bu qərbi əyalətində bəzi şəhər və kəndlərin boşaldılmasına və azı 500 nəfərin ölümünə səbəb olubdur.