Sloveniya baş nazirinin anti-İran sözləri AB-nin mövqeyi deyil
https://azeri.sahartv.ir/news/dünya-i379015-sloveniya_baş_nazirinin_anti_İran_sözləri_ab_nin_mövqeyi_deyil
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bildirib ki, Sloveniyanın baş naziri Yanez Yanşanın terrorçu münafiqlər qaragüruhunun virtual toplantısındakı qəbuledilməz və diplomatik normadan kənar sözləri Avropa Birliyinin rəsmi mövqeyi sayılmır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2021 09:35 Asia/Baku
  • Sloveniya baş nazirinin anti-İran sözləri AB-nin mövqeyi deyil

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bildirib ki, Sloveniyanın baş naziri Yanez Yanşanın terrorçu münafiqlər qaragüruhunun virtual toplantısındakı qəbuledilməz və diplomatik normadan kənar sözləri Avropa Birliyinin rəsmi mövqeyi sayılmır.

SəhərAzəri-nin məlumatına əsasən, Cozef Borrel Avropa Birliyinin xarici işlər nazirlərinin iclasından sonra müxbirlər qarşısında həmçinin deyib ki, bazar günü də bu məsələni İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif üçün şərh edərək, qeyd edibdir ki, bir Avropa ölkəsinin baş nazirinin mövqeyi hətta əgər Avropa Şurasının sədri olmuş olsa belə, Avropa Birliyinin rəsmi mövqeyini bəyan etmir.

Belə bir halda, Sloveniya baş nazirinin münafiqlər qaragüruhunun virtual toplantısında iştirakı və cəfəngiyyatlarından sonra Sloveniyanın Tehrandakı səfiri Kristina Radiya İran Xarici İşlər Nazirliyinə çağırılaraq, yuxarıda qeyd olunan hərəkət ilə bağlı İran İslam Respublikasının etirazları nazirliyin Şərqi Avropa şöbəsinin müdiri tərəfindən ona elan olunub.