İyul 15, 2021 13:26 Asia/Baku
  • Əfqanıstan
    Əfqanıstan

BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarlığının sözçüsü Bayer Bəluç dünən Cenevrədə keçirdiyi mətbuat konfransında döyüşlərin artması və çox sayda mülkinin didərgin düşməsinin ardınca Əfqanıstanda bir insan böhranının gözlənildiyini bildirib və bu haqda xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Onun sözlərinə görə, aparılan hesablamalara əsasən, cari ilin yanvarından bəri bu ölkədə əmin-amansızlıqlar və zorakılıqlar üzündən azı 270 min nəfər didərgin düşüb. Bu rəqəm əfqan didərginlərin ümumi sayını üç tam onda beş milyon nəfərdən yuxrıya çatdırır.

Son həftələr ərzində öz evlərini tərk etməyə məcbur olan ailələr təhlükəsizlik durumunun ağırlığını öz qaçmalarının əsas dəlili elan edirlər.

Onların bir çoxu bildiribdir ki, intensiv döyüşlərdən əlavə, əmin-amansızlığın artması üzündən gəlirin itirilməsi, sosial xidmətlərin kəsilməsi, əsas şose yollarında və yaşayış massivlərində əldəqayırma qumbaraların yerləşdirilməsi və qeyri-hökumət silahlı qruplar tərəfindən tətbiq olunan zorakılıqlar onların öz evlərini tərk və didərginlik əziyyətini qəbul etmələri üzrə digər dəlillərdən olubdur.

BMT-nin Əfqanıstandakı yardım tapşırığına əsasən, cari milad ilinin ilk rübündə bu ölkədə mülkilərin tələfatının sayı 29 faiz artıbdır. Bu tələfatdan nəzərəçarpacaq rəqəmi də qadın və uşaqlar təşkil edirlər.

BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarlığı sözçüsünün bildirdiyinə görə, qaçmağa məcbur olmuş kəslər yaşamaq üçün əsaslı yardımlara ehtiyac duyurlar.

O, özünün dünənki məlumatında bildiribdir ki, kövrək qruplara əlçatanlıq üçün problemlərin mövcud olmasına rəğmən, bu orqan öz ortaqları ilə yanaşı, yeni didərgin olmuş əfqanlara məskunlaşmaq üçün sığınacaq, səhiyyə köməkləri, həmçinin su və qida kimi fövqəladə yardımları çatdırmağa səy göstəriblər.

Bayer Bəluç belə bir məsələyə toxunubdur ki, geniş döyüşlərin kənarında geniş quraqlıqlar kimi ardıcıl təbii fəlakətlərin baş verməsi, yoxsulluğun artması və koronavirus pandemiyası kimi digər amillər bu xalqın müqavimət gücünün hər zamandakından daha çox azalmasına bail olubdur.

Bu əsasda, BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarlığı xəbərdarlıq edibdir ki, Əfqanıstanda sülh sazişinin və hazırkı zorakılıqların qarşısının alınmasının əldə olunmaması bu xalqın ölkə daxilində, qonşu ölkələrdə və ondan da geniş miqyasda daha artıq didərgin düşməsinə bais olacaq.

 

Teqlər