ABŞ-da sınaq partlayışına görə, zəlzələ baş verib
İyul 18, 2021 17:44 Asia/Baku
-
zəlzələ
Amerika Geoloji Xidməti sınaq partlayışına görə, Florida ştatı sahillərinin yaxınlığında Rixter şkalası ilə dörd bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu institut bildirib ki, Amerikanın dəniz qüvvələri cümə günü “Cerald Ford” təyyarədaşıyan gəmisinin döyüş hazırlığı miqdarının müəyyən edilməsi üzrə sınaqlar çərçivəsində ikinci sınaq partlayışını həyata keçirib; bu da Florida ştatı sahillərinin yaxınlığında Rixter şkalası ilə dörd bal gücündə zəlzələnin baş verməsinə səbəb olubdur.
İyunun 18-də Amerikada keçirilmiş ilk sınaq partlayışında Rixter şkalası ilə üç tam onda doqquz bal gücündə yeraltı təkanın baş verməsinə bərabər olan qırx min funt partayıcı maddədən istifadə olunmuşdu.
Teqlər