Rusiyadan ABŞ-a yeni xəbərdarlıq
https://azeri.sahartv.ir/news/dünya-i379249-rusiyadan_abŞ_a_yeni_xəbərdarlıq
Rusiyanın Vaşinqtondakı səfirliyi Amerikanın Avropa ölkələrində ultrasəs raketlərinin yerləşdirilməsi üzrə planı barədə xəbərdarlıq edib və onu istənilməz toqquşmaların amili adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2021 08:14 Asia/Baku
  • Rusiyanın Vaşinqtondakı səfirliyi
    Rusiyanın Vaşinqtondakı səfirliyi

Rusiyanın Vaşinqtondakı səfirliyi Amerikanın Avropa ölkələrində ultrasəs raketlərinin yerləşdirilməsi üzrə planı barədə xəbərdarlıq edib və onu istənilməz toqquşmaların amili adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,  “Biz ABŞ müdafiə nazirliyinə xəbərdarlıq etməliyik ki, Avropa ölkələrində hər cür ultrasəs raketlərinin yerləşdirilməsi son dərəcə səbatsızlıq yaradandır”-deyə Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

Səfirlik öz tvitter hesabında yaydığı bu bəyanatda qeyd edibdir ki, həmin raketlərin uçuşlarının qısa zaman çəkməsi Rusiyanın qərar çıxarmaq üçün az bir zamana malik olmasına bais olacaq ki, bu da istənilməz toqquşmaların baş verməsi ehtimalını artıracaqdır.

Pentaqon sözçüsü Con Kerbi son zamanlar öz mətbuat konfransında Rusiyanın ultrasəs raketinin “Admiral Qorşkov” freqatından sınaqdan keçirilməsinə reaksiyada demişdi ki, Rusiyanın yeni ultrasəs raketləri potensial şəkildə “səbatsızlıq yaradan” ola bilərlər, zira onların təhlükəsini artıra bilən nüvə başlıqları daşıya bilərlər.

Rusiya müdafiə nazirliyi dünən Ağ dənizdən Barents dənizi istiqamətinə “Sirkon” tipli ultrasəs raketin uğurlu sınağından xəbər verdi.

Sürəti saatda 4500-10200 kilometr civarında olan bu raketin mənzili, beş yüz kilometrdən çoxdur.

Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə bu raketin inkişaf etdirilməsindən xəbər verərək, dedi ki, onun mənzili min kilometrə çata bilər.