İyul 23, 2021 13:12 Asia/Baku
  • Amerika ilə İŞİD
    Amerika ilə İŞİD

Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, Amerika ilə İŞİD ünsürləri arasındakı həmkarlıq barədə nəticəyə gəlmək üçün Moskvanın əlində yetərincə məlumat var.

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova bildirib ki, Moskva dəfələrlə ABŞ-ın Əfqanıstanda İŞİD terror qrupu ilə anlaşması barədə nəticəyə gəlmək imkanı yaradan informasiyalara istinad edib.

O, sonra jurnalistlərin “Moskva Amerikanın İŞİD-lə anlaşması haqda informasiya yayacaqmı?” sualının cavabında bildirib ki, həqiqətlər barədə biz dəfələrlə onları təkrar etmişik. Hərçənd biz bu işi sınaq şüşələrinin BMT Təhlükəsizlik Şurasına nümayiş etdirilməsinə şamil olan, sonradan isə yalan çıxan/ “anqlo-sakson” dünyasında rəvac tapmış metodla həyata keçirməyəcəyik. Biz bu işi gerçəkliklər əsasında həyata keçirəcəyik.

Bu rus diplomat bildirib ki, Moskva İŞİD ünsürlərinin fəaliyyət göstərdikləri bölgələrin, xüsusən Əfqanıstanın şimalının üzərində naməlum vertolyotların uçuşundan xəbərdardır.

O, qeyd edib ki, bu kimi fəaliyyətlərin Əfqanıstanın hava məkanına tam nəzarət edən ABŞ və NATO qüvvələrinin məlumatı olmadan həyata keçirilməsi qeyri-mümkün olardı.

Bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı qüvvələrin Əfqanıstandan çıxmaları ilə bir zamanda bu ölkənin durumunun gərginləşməsinin ardınca Birləşmiş Ştatların Əfqanıstandakı tapşırığını “uğursuz” adlandırmışdı.

Rusiya diplomatiya aparatının başçısı sonra bildirib ki, İŞİD və Əlqaidə Əfqanıstandakı mövqelərini gücləndiriblər və bu ölkədə narkotik maddələr istehsalı və onun qaçaqmalçılığı maksimum səviyyədə qərar tapıbdır.

 

Teqlər