İyul 29, 2021 13:35 Asia/Baku
  • Londonda utancgətirici macəra

Londonun cənubunda yerləşən «Şerli Oksun Əmin-aman Evi» adlı yiyəsiz uşaqların saxlanıldığı məkanda iki min yiyəsiz uşağa qarşı cinsi sui-istifadə və əzab-əziyyət barədə hövlnak macəra ifşa olunub.

SəhərAzəri-nin verdiyi məlumata görə, Londonun cənubundakı Lambes məhəlləsinin meriyasının idarə etdiyi əmin-aman evlərdə iki minə yaxın uşaq həmin üzdəniraq əmin-aman evin işçiləri tərəfindən cinsi sui-istifadəyə və əzab-əziyyətə məruz edilibdir.

İngiltərədə pis yiyəsi və yiyəsiz olan uşaqların saxlanlıdığı iki mindən çox məkan mövcuddur ki, həmin məkanlarda da qeyd edilən durum rəvac tapıbmış.

İngiltərədə müstəqil araşdırma qrupunun hesabatına əsasən, təkcə Lambes meriyasının evlərində 177 nəfər Kroydon bölgəsi meriyasının ərazisində yerləşən «Şerli Oksun Əmin-aman Evi»ndə saxlanılan uşaqlardan sui-istifadə etməkdə ittiham olunur.

Lambes məhəlləsinin meriyası meriyanın əmin-aman evlərində uşaqların mühafizəsindəki uğursuzluğunu qəbul edib, amma deyilənlərə görə, bu mərkəzlərdə uşaqlardan cinsi sui-istifadələrin real sayı hələ dəqiq şəkildə üzə çıxarılmayıbdır.

Lambes meriyası indiyədək həmin meriyanın mərkəzlərində əzab-əziyyətlərə məruz qalmış uşaqlara xəsarət ilə bağlı yetmiş bir tam onda beş milyon funt-sterlinq ödəyib və bu biabırçılıqla bağlı işi bağlatdırmaq istiqamətində ödəniş üçün 125 milyon funt-sterlinqlik kredit almaq barədə ərizə veribdir.

İngiltərədə yayılan məlumatlara əsasən, «Şerli Oksun Əmin-aman Evi»ndə uşaqlara cinsi əzab verən 177 nəfərdən təkcə üç nəfər mühakimə olunaraq məhkum edilib.

Londonun cənubundakı Lambes məhəlləsi meriyasının ərazisində yerləşən otuz üç evdəki cinsi təcavüzkarlardan yalnız altı nəfər cəzalandırlıb.

Macəranın qurbanları bu qənaətdədirlər ki, meriya, polis və hökumət bu macərada səhlənkarlıq edərək, əxlaqsızlıqları ört-basdır ediblər.

Teqlər