Kabildə təhlükəsizlik tədbirləri gücləndirilib
https://azeri.sahartv.ir/news/dünya-i379602-kabildə_təhlükəsizlik_tədbirləri_gücləndirilib
Əfqanıstanın təhlükəsizlik qüvvələri paytaxt Kabildə təhlükəsizlik əmsalını artırmaq üçün şəhər boyunca səyyar nəzarət-buraxılış məntəqələri yaratmaqla təhlükəsizlik tədbirlərini gücləndiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2021 08:08 Asia/Baku
  • Kabildə təhlükəsizlik tədbirləri gücləndirilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri paytaxt Kabildə təhlükəsizlik əmsalını artırmaq üçün şəhər boyunca səyyar nəzarət-buraxılış məntəqələri yaratmaqla təhlükəsizlik tədbirlərini gücləndiriblər.

SəhərAzəri-nin məlumatına əsasən,Təhlükəsizlik qüvvələri bundan əlavə, vətəndaşların vəsiqələrini nəzərdən keçirirlər.

Bu səyyar nəzarət-buraxılış məntəqələrinin bir çoxu ağır silahlara malik olan zirehli avtomobillərlə müşayiət olunur.

Amerika qoşunlarının Əfqanıstandan çıxmalarının elan olunması ilə bir zamanda, taliblərin ölkə boyu irəliləmələri bu ölkənin təhlükəsizlik mühitini iltihablı edibdir.