İyul 31, 2021 18:09 Asia/Baku
  • ABŞ mütəxəssislərə pandemiya haqda həqiqətləri deməyi qadağan edir

Rus virusoloq və Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi deyib ki, Birləşmiş Ştatlar biz virusoloqlara pandemiya xəstəliyi haqda həqiqətləri deməyi qadağan etməyə çalışır.

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Lvov bildirib ki, COVID-19 təbiətdən qaynaqlanıb və bu barədə heç bir şübhə yoxdur.

O, sonra deyib ki, Rusiyada söz-söhbət gəzir ki, koronavirus insan tərəfindən düzəldilmiş virus ola bilər, amma bu kimi sözlər ekspertlərin yerinə, bəzi siyasətçilər tərəfindən irəli sürülübdür.

Ümumdünya Səhiyyə Təşkilatının bu mütəxəssisi həmçinin ifşa edərək bildiribdir ki, təşkilatın işçiləri Birləşmiş Ştatların təzyiqləri də daxil olmaqla böyük təzyiqlərlə üzləşiblər.

«Mən bir aliməm. Mən eşdilənlərə inanmır və yalnız həqiqətlərə istinad edirəm. Bildiyim şey budur ki, koronavirus anticisimləri dünyanın bir çox nöqtəsində pandemiyadan qabaq tapılıbdır»- deyə rus virusoloq vurğulayıb.

O, bildirib ki, koronaviruslar ilk növbədə yarasa ilə əlaqədardırlar; ola bilsin, bir şəxs, yarasanın gecəni keçirdiyi bir otaqda və ya adətən yarasaların çox sayda yaşadıqları məkan olan bir mağarada bu virusa yoluxub.