İyul 31, 2021 19:23 Asia/Baku
  • AB «Amazon» şirkətinə dağ basdı

Avropa Birliyinin nəzarət orqanı tənbehedici bir hərəkətdə «Amazon» şirkətini misli görünməmiş 886 milyon dollarlıq cərimə ödəməyə məhkum edib.

Brüsselin nəzarət qrupu, öz istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə etdiyinə görə, bu informasiya texnologiyası nəhəngini 886 milyon 600 min dollar cərimə edib.

Şirkətin sözçüsü bildiribdir ki, «Lüksemburq data mühafizəsi üzrə milli komissiya»nın on altı iyul tarixli rəyinə qarşı appelyasiya ərizəsi verəcək.

İyul ayının üçüncü ongünlüyündə də elan olundu ki, Fransa, öz mətləblərinin məzmunundan istifadə barədə medialarla xoşməramlılıqla aparılan müzakirədəki qüsuruna görə, «Google» şirkətini Avropa Birliyinin müəllif hüququ qanunlarına əsasən, 593 milyon dollar cərimə edibdir.

Ötən ilin payız fəslinin sonlarında da Fransanın nəzarət orqanı amerikan «Google» şirkətini bu ölkənin kiber qaydalarını pozmaqda ittiham edərək, 118 milyon dollar cərimə etmişdi.