Avq 12, 2021 15:44 Asia/Baku
  • Minlərlə Almaniya vətəndaşına vaksin əvəzinə duzlu su vuruldu

Almaniya polisinin araşdırması göstərir ki, bu ölkənin Qırmızı Xaç Cəmiyyətinin tibb bacısı koronavirus peyvəndi əvəzinə təxminən 9000 nəfərə duzlu su vurub.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniya polisi, koronavirus vaksini əvəzinə insanlara duzlu su vurmuş bu ölkənin Qırmızı Xaç Cəmiyyətinin tibb bacısının işini araşdırır. 

Bu yaxınlarda mediaların araşdırması, hadisənin miqyasının bildirildiyindən daha geniş olduğunu, təxminən 9000 insanın vaksin əvəzinə duzlu su qəbul etdiyini ortaya qoyub. Bu tibb bacısı, yaz fəslinin əvvəllərində Friziya rayonundakı vaksinasiya mərkəzində əsl vaksin dozaları yerinə, insanlara duzlu məhlul vurmaqda şübhəli bilinib.

Duzlu məhlulun zərərsiz olmasına baxmayaraq, Almaniyada mart və aprel aylarında peyvənd edilən insanların çoxu yaşlıdır və COVİD-19 virusuna yoluxma riski altındadırlar. Polisin dediyinə görə, adı açıqlanmayan bu tibb bacısının motivi bəlli deyil. O, Sosial mediada etdiyi paylaşımlarda peyvəndlərlə bağlı öz şübhəli fikirlərini ortaya qoyub. 

Teqlər