Əfqanıstanın sürətlə dağılması Amerikanın məğlubiyyətinin bir hissəsidir
«Vaşinqton Post» qəzeti bir reportajda bildirib ki, Əfqanıstanın sürətlə dağılması Amerikanın uzunmüddətli, amma sakit məğlubiyyətinin bir hissəsi sayılır.
SəhərAzəri-nin məlumatına əsasən, «Vaşinqton Post» qəzeti cümə axşamı günü bir reportajda taliblərin sürətlə irəliləmələrinə və Əfqanıstan şəhərlərinin bu qrup tərəfindən süqut etmələrinə işarə ilə bildirib ki, Amerikanın ardıcıl hökumətləri, o sıradan Corc Buş, Barak Obama və Donald Tramp hökumətləri Amerikanın savaşı uduzması reallığını gizlədirdi və Ağ Ev-in və ABŞ ordusunun başçıları səhvləri ört-basdır etməyə çalışırdılar.
Reportajın davamında deyilir: Amerika kəşfiyyat orqanlarının hesablamalarına görə, taliblərin ehtimal üzrə Kabilə yiyələnmələri mənasına gələn Əfqanıstan təhlükəsizlik qüvvələrinin sürətlə dağılması üç ay sürə bilər və bəlkə də bu dağılma təkcə bir neçə həftə çəksin. Belə bir halda, taliblərin hücumlarının qələbə çalması sonuncu NATO qüvvələrinin və amerikalı qrupların Əfqanıstandan geri çəkilmələrilə eyni zamana düşübdür.
«Vaşinqton Post» reportajının davamında qeyd edibdir ki, taliblərin irəliləmələri ilə Bayden ziddiyyətli bir metodla Əfqanıstan məsələsinə yanaşıb. Belə ki, o, öncə taliblərin irəliləyişə malik olmaları ehtimalını lağa qoyurdu.