Avq 14, 2021 12:40 Asia/Baku
  • ABŞ kəfşiyyatı

ABŞ kəşfiyyatının "Taliban"ın Əfqanıstanın paytaxtı Kabili 3 gün ilə 1 həftə aralığında mühasirəyə ala biləcəyi istiqamətində dəyərləndirmə etdiyi bildirilib.

 SəhərAzəri-nin məlumatına əsasən, CNN ABŞ kəşfiyyatının dəyərləndirməsinə əsaslanaraq adı açıqlanmayan ABŞ diplomatik mənbəyinə istinadla məlumat yayıb.

 Bildirilir ki, "Taliban"ın irəliləməsinə qarşı heç bir addım atmayan Co Bayden rəhbərliyi isə Kabil səfirliyindəki işçilərin təxliyəsinə əhəmiyyət verir.  

Digər tərəfdən, eyni xəbərə görə, ABŞ-ın Kabildəki səfirliyinin əməkdaşlarına "bütün həssas materialları məhv etmək" tapşırığı verildiyi qeyd edilib.  

Səfirlik işçilərinə göndərilən və CNN tərəfindən alınan məlumata görə, ABŞ rəsmiləri sözügedən materialların propaqanda məqsədləri üçün istifadə edilməsinin qarşısını almaqdan ötrü bu istiqamətdə addım atmağa qərar veriblər. 

Bu arada ABŞ paytaxtdakı səfirliyini Kabilin hava limanına köçürmək üçün bölgəyə hərbi qüvvələr göndərib. Üç min nəfərdən ibarət hərbi qüvvələr Əfqanıstanda yerdə qalan ABŞ vətəndaşlarını və digər əlaqələli şəxsləri Kabildən çıxaracaq və onları yerbəyer edəcəklər.

Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreş bu gün Nyu-Yorkdakı BMT Baş Qərargahında Əfqanıstanın böyük ölçüdə nəzarətdən çıxdığını söyləyərək, "Taliban" hərəkatını "xoş niyyətli" danışıqlara çağırıb.  

"Taliban" və Əfqanıstan təhlükəsizlik qüvvələri arasındakı mübarizənin şəhərlərdə "böyük ziyana səbəb olduğunu" söyləyən Quterreş ən az 241 min insanın evlərindən qaçmağa məcbur olduğunu, xəstəxanaların dolduğunu, ərzaq və tibbi ləvazimatların tükəndiyini söyləyib. 

Teqlər