Avq 15, 2021 12:29 Asia/Baku
  • Taliban
    Taliban

Taliblər Əfqanıstanın Vərdək vilayətinin mərkəzi olan Meydanşəhr şəhərini heç bir döyüş aparmadan ələ keçiriblər.

 SəhərAzəri-nin məlumatına əsasən,  Yerli mənbələr bu gün günortadan öncə bildiriblər ki, təhlükəsizlik qüvvələri Meydanşəhrdən geri çəkiliblər və bu şəhər hazırda tam şəkildə Taliban-ın ixtiyarındadır.

Son iki gündə bu vilayətdə dövlət qüvvələrilə Taliban döyüşçüləri arasında şiddətli döyüşlər gedib, amma deyilənlərə görə, Meydanşəhr Əşrəf Qəni hökumətinin yerli rəsmilərinin taliblərlə sövdələşmələri nəticəsində bu qrupa verilib.

Taliban da iddia edibdir ki, bu qrupun qüvvələri Meydanşəhri ələ keçiriblər.

Belə bir halda, dünən gecə Cəlalabad, Məzar Şərif, Məymanə, Mehtarlam və Nili şəhərləri süqut etmişdi.

Beləliklə hazırda Taliban qrupu 27 vilayət mərkəzini ələ keçirib.

Meydanşəhrin süqut etməsilə hazırda Taliban hər zamandakından daha çox Kabilə yaxındır və Kabilin süqut etməsi və Əşrəf Qəni hökumətinin devrilməsi təhlükəsi daha ciddi forma alıbdır.

 

Teqlər