Avq 15, 2021 15:37 Asia/Baku
  • Taliban
    Taliban

Əfqanıstan daxili işlər nazirliyi Taliban qüvvələrinin bu ölkənin paytaxtına daxil olduqlarını təsdiq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Nazirlik vurğulayıb ki, Taliban qüvvələri bir neçə istiqamətdən Kabilə daxil olublar.

Taliban da öz növbəsində bildiribdir ki, Kabildən çıxmaq istəyən şəxslərə təhlükəsiz məkanlara köçmək icazəsi verib.

Bu qrup qadınlar və uşaqlara təhlükəsiz nöqtələrə getməyi tövsiyə edib.

 

Teqlər