ABŞ ifşa olunur
Patruşev: “ABŞ Əfqanıstanı 20 ildə qlobal narkotik laboratoriyasına çevirib”
Rusiya Təhlükəsizlik Şurasının sədri ABŞ-ın Əfqanıstanı 20 ildə qlobal narkotik laboratoriyasına çevirdiyini bəyan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Nikolay Patruşev deyib: “Son 20 il ərzində ABŞ Əfqanıstanda qlobal narkotik laboratoriyası yaradıb. Ölkədə tiryək istehsalı 40 dəfədən çox artıb, Əfqanıstan dövlətinin inkişafı isə onilliklərlə geriyə atılıb”.
Onun sözlərinə görə, Amerika qoşunlarının mövcudluğu zamanı Əfqanıstanda terror hücumlarının sayı sürətlə artıb. Və bu istiqamətdə bir çox terror təşkilatları Əfqanıstan torpaqlarını baza hesab edir.
Təhlükəsizlik Şurasının sədri əlavə edib ki, ABŞ Əfqanıstanda iyirmi illik hərbi-siyasi mövcudluğu dövründə narkotik maddələrin alveri ilə mübarizə aparmaq əvəzinə, qlobal miqyasda narkotik laboratoriyası yaratmaq layihəsini həyata keçirib:
Patruşevin qənaətincə Qərb heç vaxt Əfqanıstan ordusunu, polisini və xüsusi xidmət orqanlarını hərbi biliyi öyrədə bilmədi. Mənəvi və psixoloji cəhətdən korlanmış hərbi qüvvələr döyüşmədən təslim oldu.