Lavrov: "Avropa Birliyi Əfqanıstanın taleyindən daha çox siyasi oyunla maraqlanır"
Rusiyanın xarici işlər naziri Avropa İttifaqının ali nümayəndəsinin son açıqlamasını tənqid edərək, deyib: "Təəssüf ki, Avropa Birliyi siyasi oyunu Əfqanıstanın taleyindən üstün tutur".
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov çərşənbə axşamı günü bir mətbuat konfransında Cozep Borrelin “Qərb Rusiya və Çinin Əfqanıstandakı güc boşluğundan istifadə etməsinə və bu ölkədəki vəziyyəti nəzarət altına almasına icazə verməməlidir" fikrinə reaksiyada deyib: "Bu təəsüfhəndirici haldır ki, Avropa Birliyinin rəsmiləri Əfqanıstandakı humanitar vəziyyətlə maraqlanmırlar".
Rusiyanın xarici işlər naziri əlavə edib: "Əslində Avropa Birliyi tamamilə siyasi oyunla məşğuldur və Əfqanıstan xalqının taleyinin onlar üçün heç bir əhəmiyyət kəsb etmir".
Eyni zamanda Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov da Əfqanıstanda ABŞ qüvvələrinin təhlükəsizliyinin təmin edilməsi tərzini tənqid edərək, deyib: "Kabil hava limanındakı vəziyyəti nəzərə alaraq, avqustun 31-dən əvvəl Qərb vətəndaşlarının təxliyə edilməsini başa çatdırmaq çox çətin olacaq".