Respublikaçılar Baydeni istefaya çağırıblar
-
Co Bayden
Bir qrup respublikaçı Kabildəki ölümcül partlayış hadisəsindən sonra Co Bayden hökumətinin istefa verməsini tələb edib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Cümə axşamı günü axşamçağı Kabil hava limanının yaxınlığında baş vermiş partlayış və qırğın hadisəsindən sonra Nikki Heyli və digər respublikaçılar Amerika prezidenti Co Baydeni istefaya çağırıblar.
Amerika silahlı qüvvələri komitəsinin üzvü, respublikaçı senator Marşa Blekbern isə yüksək vəzifəli amerikalı rəsmilərin kollektiv şəkildə istefaya getmələrini tələb edib.
Ağ Ev respublikaçıların, Baydenin istefa verməsi və ya kənara çəkilməsinə dair tələblərinə reaksiyada bildirib ki, hazırda siyasi oyunlar üçün münasib zaman deyil və respublikaçıların bizim kənarımızda durmalarını gözləyirik.