Koronanın ABŞ-dakı yeni rekordu 100 min yoluxma və 1456 ölü
-
ABŞ
Koronavirusun delta ştammının Birləşmiş Ştatlarda yayılmasının sürətlənməsilə Amerikada bu virusa yoluxan xəstələrin yatırılmaları halları cari milad ilində ilk dəfə olaraq, yüz min nəfəri ötüb keçibdir.
SəhərAzəri-nin verdiyi məlumata görə, Hil informasiya portalı xəbər verib ki, «Vaşinqton Post» qəzetinin analizlərinə əsasən, koronaya yeni yoluxanların sayı da son səkkiz ayda özünün maksimum həddinə çatıb. Belə ki, ötən həftənin çərşənbə günü, 24 saat ərzində bütün Birləşmiş Ştatlarda COVID-19 virusuna azı 148 min yeni yoluxma halı qeydə alınıb.
Digər tərəfdən, «Vaşinqton Post» qəzetinin analizlərinə əsasən, Birləşmiş Ştatlarda korona ilə bağlı gündəlik ölüm sayı da bir daha artım tempi götürüb və cari həftənin çərşənbə gününədək Birləşmiş Ştatlarda orta hesabla gündəlik ölüm sayı təqribən min yüz nəfər olubdur.
Amerikada korona ilə bağlı yoluxma və ölüm hallarının artan tempinin, həmçinin statistika və göstəricilərin elan olunmasının fonunda qeyd edək ki, Amerika milli səhiyyə institutunun direktoru Fransis Kallins avqustun əvvəllərində, bu ölkədə koronaya gündəlik yoluxma sayının ehtimal üzrə tezliklə gündə 200 min haldan çox olacağından nigarançılıq ifadə etmişdi.
Hil informasiya portalı xəbər verib ki, Amerika profilaktika və nəzarət mərkəzinin statistikalarına əsasən, Amerika Birləşmiş Ştatları əhalisinin təqribən əlli iki faizi tam şəkildə koronavirus qarşısında vaksinasiya olunub. Belə bir halda, altmış bir faiz isə korona peyvəndinin birinci dozasını qəbul edib.
«Con Hopkins» universitetinin ən son statistikasına görə, ötən sutka ərzində koronavirusa azı 148 min 143 yeni yoluxma halının qeydə alınması ilə Amerikada bu virusa yoluxanların ümumi sayı 38 milyon 384 min 553 nəfərə çatıb.
Ötən sutka ərzində azı 1456 amerikalının ölümü ilə isə, bu ölkədə korona qurbanlarının sayı 633 min 564 nəfərə yüksəlibdir.