Pentaqon amerikalı qüvvələrin Əfqanıstandan tam çıxışını təsdiq edib
-
amerikalı qüvvələr
Pentaqon amerikalı qüvvələrin Əfqanıstandan tam çıxışını və bu ölkədəki iyirmiillik qəsbkarlıqdan sonra ABŞ-ın tapşırığının bitdiyini təsdiq edib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Ameika Mərkəzi Komandanlığı- SENTKOM(CENTCOM)-un komandanı general Kennet Makkenzi yerli vaxtla bazar ertəsi günü Pentaqon ilə video-əlaqədə Amerika ordusunun Əfqanıstandan çıxışının təkmilləşdiyini bildirib.
Bu amerikalı hərbi rəsminin sözlərinə görə, ABŞ-ın və koalisiyanın hərbi təyyarələri 123 mindən çox mülki şəxsi Əfqanıstandan çıxarıblar.
O, Əfqanıstandakı hərbi təchizatların bəzilərinin çıxarıldıqları, bəzilərinin isə istifadəyə yararsız olacaq həddə hərbi formadan çıxarıldıqlarını bəyan edib.
Bu amerikalı rəsminin çıxışından öncə, Kabil hava limanının ətrafında atışmaların baş verməsilə bir zamanda, Taliban-ın informasiya mənbələri Birləşmiş Ştatların, şəxslərin Əfqanısttandan çıxarılmaları üzrə sonuncu uçuşunun həyata keçiridliyini bildiriblər.
Amerikalı qüvvələrin Əfqanıstandan tam şəkildə çıxmaları fonunda qeyd etmək lazımdır ki, BMT-nin Təhlükəsizlik Şurası özünün bazar ertəsigünkü yığıncağında Əfqanıstan haqda bir qətnamə qəbul edib. Qətnamədə taliblərdən əfqanların və xarici vətəndaşların təhlükəsiz çıxışlarına sadiq qalmaları istənilib.
BMT-nin Təhlükəsizlik Şurası bu qətnaməni on üç lehinə və iki tərəfsiz səslə qəbul edib.