Sen 01, 2021 20:17 Asia/Baku
  • ABŞ konqresmenləri Bayden və Blinkenin impiçmentini tələb edirlər

ABŞ-ın Respublikaçılar Partiyasından olan konqresmenləri, bir daha bu ölkə prezidenti və dövlət katibinin impiçmentini tələb ediblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, ABŞ Konqresinin Azadlıq Komitəsinin rəhbəri Andy Biggs keçirdiyi mətbuat konfransında deyib: "ABŞ hərbçilərinin Əfqanıstandan rəzilliklə çıxmasından sonra Nümayəndələr Palatasının respublikaçı üzvləri, prezident Co Bayden və Dövlət Katibi Entoni Blinkenin impiçmenti ilə bağlı çağırışlarını bir daha təkrarlayıblar. 

Konqresmen Kley Higginz də mətbuat konfransında vurğulayıb ki, o, çərşənbə axşamı günü ABŞ Nümayəndələr Palatasına üç qətnamə təqdim edib və onlarda Baydenin və onun yüksək rütbəli hərbi müşavirlərindən ABŞ-ın müdafiə naziri Lloyd Austin və ABŞ ordusunun Baş Qərargah rəisi Mark Millinin istefasını tələb edib. 

Luiziana ştatından olan bu respublikaçı konqresmen Co Baydeni könüllü olaraq istefa verməyə və müavini Kamala Harrisin vəzifəyə keçməsinə yol açmağa çağırıb.

ABŞ prezidenti bazar ertəsi günü ABŞ və müttəfiqlərinin Əfqanıstandakı 20 illik hərbi varlığının sona çatdığını bildirib.

ABŞ və müttəfiqləri elə bir halda Əfqanıstandan geri çəkildilər ki, bu qoşun yeritmənin terrorizmin genişlənməsi, müharibə, zorakılıq, qeyri-sabitlik, əmin-amansızlıq və bu ölkə xalqından on minlərlə nəfərin öldürülməsindən başqa heç bir nəticəsi olmayıb.

Əfqanların çoxu mövcud vəziyyəti ABŞ-ın Əfqanıstandakı uğursuz siyasətinin nəticəsi kimi dəyərləndirirlər.

Teqlər