Məkran sahilləri İranın dünyaya iqtisadi darvazasıdır
-
Məkran
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı vurğulayıb ki, ölkənin cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətindəki Məkran sahilləri İranın dünyaya iqtisadi darvazasıdır.
SəhərAzəri-nin verdiyi məlumata görə, Kontr-admiral İrani bildirib ki, ordunun strateji dəniz qüvvələri dənizlərin içərilərində İslami İranın bayrağını dalğalandırıb.
«İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı- muddəzilluhulalinin hərbi qüvvələrdən gözlədikləri, qüdrət və güclü olmaqdır ki, silahlı qüvvələr kimi, düşmənlərin pis hərəkətləri qarşısında qüdrətlə dayanıb və cavab vermiş olaq»- deyə, kontr-admiral İrani vurğulayıb.
«Müqavimət, işlərin yerinə yetirilməsində ciddi olmaqdır. İmam Hüseyn əleyhissalamın üstünlük verdiyi cəhət, xalqı müdafiə etmək olub və ordunun strateji dəniz qüvvələrinin ilk tapşırığı, xalqı müdafiə etməkdir»- kontr-admiral İrani belə deyib.
«Müdafiə diplomatiyası və ölkələrlə əlaqə formasında bir çox işlər görəcəyik»- deyə, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı bildirib.