Sen 05, 2021 22:11 Asia/Baku
  • Təlimlərdə hərbi qənimətlər sərgilənib

Taliban qrupunun üzvləri Amerikadan qənimət alınmış zirehli avtomobillər və hərbi texnika ilə Kabil aeroportunda hərbi təlimlər keçiriblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, hərbi təlimlərdə Taliban qrupunun qüvvələri Kabildə və Əfqanıstanın digər şəhərlərində təhlükəsizliyin yaradılmasına təkid ediblər.

Təlimlərdə Amerikadan qənimət alınmış zirehli avtomobillər və bəzi yüngül silahlar nümayiş etdirilib.

Bu silah və sursatlar 174 ədəd hərbi vertolyot və təyyarəyə, 129 min 496 ədəd zirehli avtomobilə, həmçinin təqribən təqribən 663 min ədəd yüngül silahlara, gecə görmə cihazına, naqilsiz texnikaya və rabitə təchizatlarına şamil olur.

Həmçinin 176 ədəd top və səkkiz min ədəd yük maşını taliblərin Amerikadan götürdükləri digər qənimətlərdəndir.

Teqlər