Yanğınlar ABŞ-ın Kaliforniya ştatındakı iri gövdəli nəhəng ağaclar üçün təhdiddir
https://azeri.sahartv.ir/news/dünya-i381134-yanğınlar_abŞ_ın_kaliforniya_ştatındakı_iri_gövdəli_nəhəng_ağaclar_üçün_təhdiddir
ABŞ-ın Sekoya Milli Parkında yerləşən Şerman adlı Yer Kürəsinin ən nəhəng ağacları yanğın təhlükəsi ilə üzləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2021 08:45 Asia/Baku
  • Yanğınlar ABŞ-ın Kaliforniya ştatındakı iri gövdəli nəhəng ağaclar üçün təhdiddir

ABŞ-ın Sekoya Milli Parkında yerləşən Şerman adlı Yer Kürəsinin ən nəhəng ağacları yanğın təhlükəsi ilə üzləşib.

SəhərAzəri-nin məlumatına əsasən, Kaliforniyadakı Sekoya Milli Parkın rəsmiləri, parkda 2000-dən çox nəhəng ağacın olduğunu deyirlər, bunlardan ən önəmlisi hündürlüyü 83 metr, diametri isə 11 metr olan Şerman adlı bir ağacdır ki, dünyanın ən böyük ağacı hesab olunur. 

Rəsmilərin dediyinə görə, hazırda Sekoya Milli Parkı yanğın təhlükəsi ilə üz-üzədir və bağlıdır.

Bir neçə həftə keçməsinə baxmayaraq; ABŞ-ın Kaliforniya ştatında geniş yayılmış meşə yanğınları davam edir və ərazidəki 220 min hektardan çox meşə sahəsi kül olub.

Yanğınların şiddəti o qədər çoxdur ki, Kaliforniya ştatının şimalındakı şəhərlərin və ətrafındakı digər şəhərlərin havasını çirkləndirib.

Bundan əvvəl, ABŞ-ın Kaliforniya və Nevada ştatlarının rəsmiləri meşə yanğınlarının yayılması səbəbindən bu iki ştatda fövqəladə vəziyyət elan ediblər.

ABŞ-ın qərbində və Kanadada yüksək temperatur, kifayət qədər yağıntıların olmaması və quraqlıq bu bölgələri görünməmiş böhran və yanğınlarla üz-üzə qoyub, belə ki, vəziyyət hər gün daha da pisləşir.

Bu, ABŞ -da 86 böyük meşə yanğından yalnız biridir və 1,4 milyon hektardan çox ərazi və sahə hazırda yanmaqdadır.