Ağ Ev Ərriyada 500 milyon dollarlıq silah satışı ilə razılaşıb
Pentaqon-un orqanlarından olan Amerika müdafiə təhlükəsizliyi əməkdaşlığı agentliyi ABŞ dövlət departamentinin Ərriyada 500 milyon dollarlıq silah satışı ilə razılaşdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika müdafiə təhlükəsizliyi əməkdaşlığı agentliyi bu ölkənin dövlət departamentinin vertolyotlar donanmasının saxlanılması və təmiri, eləcə də digər əlaqədar xidmətlərin təqdim olunması məqsədilə Ərəbistanla 500 milyon dollarlıq müqavilə ilə razılaşdığını bildirib.
ABŞ dövlət departamentinin bu addımının fonunda qeyd etmək lazımdır ki, Co Bayden hökuməti hakimiyyətə gəldiyi gündən iddia edibdir ki, Yəməndə müharibəni dayandırmaq məqsədilə Səudiyyə Ərəbistanına təzyiq göstərmək istəyir.
Amerika prezidenti həmçinin dəfələrlə iddia edibdir ki, ABŞ hökumətinin xarici siyasətinin əsas dayağı kimi «insan haqları» məsələsi üzərində təmərküzləşmək istəyir.