Mak Kenzi məsuliyyəti üzərinə götürdü
ABŞ-ın Əfqanıstandakı PUA hücumu təəssüfləndirici faciədir
BMT baş katibinin müavini bildirib ki, Amerikanın bir neçə günahsız əfqanın ölümü ilə nəticələnən Əfqanıstandakı PUA hücumu təəssüfləndirici bir faciədir.
SəhərAzəri-nin məlumatına əsasən, Fərhan Həqq CNN ilə müsahibədə qeyd edib ki, bu hadisə bu münqaişədə günahsız insanların faciəli surətdə öldürüldüyünü mütləq şəkildə bizə xatırladır.
«Həmin hücumda on uşaq ölüb və bu hadisə bizə cari ilin ilk altı ayında Əfqanıstanda 450-dən çox uşağın öldürüldüyünü xatırladır.»- deyə, Fərhan Həqq bildirib.
O qeyd edib ki, bu müddətdə 1200-dən çox uşaq da ağır şəkildə yaralanıbdır.
Amerikanın Əfqanıstandakı PUA hücumundan bir ayın keçməsilə, terrorçu SENTKOM(SENTCOM) təşkilatının komandanı general Frank Mak Kenzi etiraf edibdir ki, amerikalı qüvvələrin Əfqanıstandan boşaldılması zamanı Vaşinqtonun hava hücumlarında Kabildə on mülki öldürülüb. Mak Kenzi təəssüflə qeyd edib ki, bu hücumun və bu kədərli nəticənin tam məsuliyyətini üzərinə götürür.
Amerikanın, ABŞ ordusunun partlayıcı maddələr daşıdığını iddia etdiyi avqustun 29-da Kabildə bir avtomobilə qarşı PUA hücumu, bir əfqan yardımçının və onun ailə üzvlərinin ölümünə bais oldu.
Belə bir halda, ABŞ rəsmiləri, onların, terrorçu İŞİD qrupunu daşıyan bir avtomobilə hücum etdiklərini iddia edirdilər.