Pxenyan silah sınağını müdafiə edib
https://azeri.sahartv.ir/news/dünya-i381529-pxenyan_silah_sınağını_müdafiə_edib
Şimali Koreyanın BMT-dəki nümayəndəsi bildirib ki, Pxenyan silah sınağını keçirmək və müdafiə qüdrətini artırmaq üzrə qanuni haqqa malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2021 09:41 Asia/Baku
  • Şimali Koreya
    Şimali Koreya

Şimali Koreyanın BMT-dəki nümayəndəsi bildirib ki, Pxenyan silah sınağını keçirmək və müdafiə qüdrətini artırmaq üzrə qanuni haqqa malikdir.

SəhərAzəri-nin məlumatına əsasən, Kim Sun ABŞ başçılarına xitabən bildirib ki, heç kəs Şimali Koreyanın özünümüdafiə, həmçinin silah düzəldilməsi və sınağı üzrə qanuni haqqını inkar edə bilməz.

«Biz ölkədə sülh və təhlükəsizliyi təmin edə bilmək üçün yalnız öz milli müdafiə bacarıqlarımızı artırırıq.»-deyə, Kim Sun vurğulayıb.

«Amerika Pxenyana qarşı düşmənçilik münasibətini kənara qoyana oxşamır, amma hər halda, biz cavab qüdrətinə malikik.»- deyə, Şimali Koreyanın BMT-dəki nümayəndəsi qeyd edib.

Bundan öncə Amerika Dövlət Departamenti Şimali Koreya tərəfindən raket sınağının keçirilməsini pisləmişdi.