Amerikada Ərbəin yürüşü keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i381532-amerikada_Ərbəin_yürüşü_keçirilib
Amerikanın bir neçə ştatının şəhərlərində Hüseyn(ə) ərbəini yürüşü keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2021 09:46 Asia/Baku
  • Amerikada Ərbəin yürüşü
    Amerikada Ərbəin yürüşü

Amerikanın bir neçə ştatının şəhərlərində Hüseyn(ə) ərbəini yürüşü keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn(ə) ərbəini yürüşləri Kaliforniya ştatının Los-Anceles, Virciniya ştatının Manassas və Missuri ştatının Kanzas-Siti şəhərlərində keçirilib.

Əllərində qara və yaşıl bayraqlar tutan Los-Anceles və Kanzas-Siti şəhərlərindəki Hüseyn(ə) ərbəini yürüşlərinin iştirakçıları «Ləbbeyk, ya Hüseyn!» şüarı verib, sonra isə əzadarlıq ediblər.

Həmçinin Los-Ancelesdə keçirilən Hüseyn(ə) ərbəini yürüşünün iştirakçıları arasında nəzir yeməyi paylanıb.

Belə bir halda, Amerikanın Virciniya ştatının Manassas şəhərinin əhalisi də Hüseyn(ə) ərbəini yürüşündə iştirak edibdir.