Sen 28, 2021 20:13 Asia/Baku
  • Bakıda sel təhlükəsi
    Bakıda sel təhlükəsi

Bu gün səhər tezdən Bakıda leysan yağışlarının yağması şəhərin bəzi küçələrində yer sürüşməsinə və daşqına səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Bu leysan yağışı nəticəsində vətəndaşların və avtomobillərin gediş-gəlişi problemlə üzləşib. Belə bir halda, Azərbaycan Respublikasının hidrometeorologiya idarəsi qarşıdakı iki gün üçün Bakıda leysan yağşlarının davam etməsini proqnoz edib.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirliyinin Geoloji Kəşfiyyat İdarəsinin rəisi Əziz Qaralov deyib ki, yağış və həddən artıq rütubət torpaq qatlarının ağırlşmasına və Bakıya giriş şose yollarından təqribən üç yüz metrin dağılmasına bais olubdur.

Bakının rayonları son iki ildə yer sürüşmələrinin şahidi olublar. Ötən illərdə bu hadisə nəticəsində hətta bölgədəki bəzi yaşayış obyektləri boşaldılmaq təhlükəsi qarşısında qalıblar.

 

Teqlər