Sen 30, 2021 13:31 Asia/Baku
  • Bin Ladenin “öldürülməsi” yalanı

2011-ci ildə Əl-Qaidə terror qruplaşmasının lideri Üsamə bin Ladenin Pakistanda məhv edilməsi əməliyyatından sonra araşdırmalarda iştirak etmiş pakistanlı jurnalist onun daha çox səhnələşdirilmiş əməliyyata bənzədiyini deyib.

SəhərAzəri-nin məlumatına əsasən,rəsmi versiyaya əsasən, Bin Laden 2011-ci ilin mayın 2-də Əfqanıstandan helikopterlərlə Abbottabada göndərilən ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülüb.

Əməliyyatdan sonra hadisə yerində işləmiş pakistanlı jurnalist Süheyl Abbas isə Abbottabaddakı əməliyyatı tamaşa adlandırıb və bildirib ki, öz sifətini dünyada və daxildə qorumaq üçün bu əməliyyat ABŞ-a lazım idi.

“Biz əminik ki, Bin Laden həmin vaxt binada yox idi. Ancaq ailəsi bir neçə il idi ki, orada yaşayırdı”, - Bin Ladenin qonşusu Raca Harun deyib.

Onun sözlərinə görə, Bin Ladenin öldürülməsi ilə bağlı ABŞ və Qərb mətbuatının yaydığı məlumatlara şəhərdə hər kəs təəccüblənmişdi:

“Sonra həm yerli, həm də xarici jurnalistlər gəlməyə başladı. Daha sonra Obamanın (ABŞ-ın o vaxtlı prezidenti Barak Obama – red.) ən təhlükəli terror təşkilatının rəhbərinin ortadan qaldırılması və cəsədinin dənizə atılması ilə əlaqədar bəyanatları və təbrikləri yayımlandı. Bu ki, axmaqlıq və gülünc idi”, - Harun bildirib.

Əməliyyatdan sonra ABŞ rəsmiləri bəyanat vermişdilər ki, terrorçu liderin meyiti tanınıb və dəfn yerinin digər terrorçular üçün kulta çevrilməməsinı görə dənizə atılıb.

Teqlər