Sen 30, 2021 16:54 Asia/Baku
  • Səud
    Səud

Səud koalisiyasının qırıcıları ötən saatlar ərzində Yəmənin Marəb əyalətinin cənub bölgələrini 42 dəfə bombalayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Belə bir halda, Marəb əyalətinin Hurəyb və Əlcubə şəhərləri qırx, Ələbdiyyə şəhəri isə iki dəfə hava hücumuna məruz qalıb.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı ordusunun Yəmənin Səədə əyalətinin Minbəh sərhəd şəhərində yerləşən Əlrəqu bölgəsinə qarşı artilleriya hücumunda azı iki Yəmən vətəndaşı və bir afrikalı miqrant yaralanıb.

Səudiyyə Ərəbistanının nazirlər şurası dünən bildirmişdi ki, husilərin hücumlarına cavab kimi Yəmənə qarşı hücumlarını davam etdirəcək.

Şuranın bəyanatında deyilir ki; Ərəbistan yəmənlilərin pilotsuzları və ballistik raketlərinin hücumlarına məruz qalıb; bu üzdən, cavab haqqını özümüz üçün qoruyub saxlayırıq.

Belə bir halda, səud koalisiyası Yəmənə qarşı hərbi təcavüzə 2015-ci ilin martından başlayıbdır ki, bu da bu ölkənin məhv olması və minlərlə nəfərin həyatını itirməsi ilə müşayiət olunubdur.

 

Teqlər